star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ter-Petrosyanla Sarkisyan Paşinyana qarşı birləşdi

Ter-Petrosyanla Sarkisyan Paşinyana qarşı birləşdiEks-prezidentlər Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi ilə Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyası arasında qarşıdan gələn seçkilər üçün danışıqlar gedir.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirlib ki, uzun müddətdir davam edən gizli danışıqlarda məqsəd seçkilər üçün yeni simalar müəyyənləşdirmək və yenilənmiş gündəliyə malik siyasi cəbhə yaratmaqdır.

“Hələ ki tərəflər bunu rəsmən inkar edir və çox güman ki, razılaşmalar konkret şəkil alana qədər belə davam edəcək. Ancaq bu mövzuda məlumatlar vaxtaşırı mediaya sızır”.

“Hraparak” qeyd edib ki, təxminən bir il əvvəl keçmiş ombudsman Arman Tatoyan, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan, İrəvanın keçmiş meri Hayk Marutyan, politoloq və Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants, eləcə də digər ictimai xadimlərin mümkün birləşmə ilə bağlı danışıqlar aparması barədə də məlumatlar yayılıb.

Hazırda mümkün ittifaqın müxtəlif formatları müzakirə olunur. Yuxarıda qeyd olunanların bəziləri birləşməyə qoşula, ya da ondan kənarda qala bilər. Onlara potensial olaraq “Həyat üçün ölkə” partiyası, Viktor Mnatsakanyanın rəhbərlik etdiyi “Qələbə” partiyası və Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası da qoşula bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər