UID Gürcüstandan 15 İyul şəhidlərini anma və mövlud proqramı təşkil edib

15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə UID Gürcüstan tərəfindən anma və mövlud proqramı təşkil olunub. Tədbir 15 iyul çərşənbə axşamı saat 19:00-da Tiflisdə, UID Gürcüstanın Mərkəzi binasının həyətində keçirilib.

Tədbirdə Türkiyə Respublikasının Gürcüstanbdakı səfirliyinin katibi Uğur Tahnal, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin rəsmisi Cavid Məhərrəmov, Şərqi Gürcüstan Müsəlmanları Müftisi Etibar Eminov, Maarif Məktəblərinin rəhbəri Faruk Tekşenda ilə birlikdə tədbirdə çox sayda dəvətli və vətəndaş da iştirak edib.

Proqram Qurani-Kərim tilavəti ilə başlayıb. Daha sonra İstiqlal Marşı səsləndirilib və 15 iyulda baş vermiş xain hərbi çevriliş cəhdini əks etdirən qısa sənədli film nümayiş olunub.

UID Gürcüstanın sədri Yusuf Taşkıran çıxışında 15 iyul gecəsi Türk xalqının göstərdiyi qəhrəmanlıq və müqaviməti xüsusi vurğulayıb. Türkiyə Respublikasının Gürcüstanbdakı səfirliyinin katibi Uğur Tahnal və Azərbaycan Səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov da günün əhəmiyyətinə dair çıxışlar ediblər.

Proqram Müftü Etibar Eminovun etdiyi dua ilə başa çatıb.

Tədbirin sonunda iştirakçılara halva paylanılıb.

Qonaqlar mənalı və duyğulu keçən bu axşam üçün təşkilatçılara təşəkkür ediblər.
UID Gürcüstandan 15 İyul şəhidlərini anma və mövlud proqramı təşkil edib




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər