star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı

Türkiyəli müğənni Bülent Ersoyun meneceri kimi tanınan Fevzi Siverek milyonlarla dollar dəyərində dələduzluq ittihamı ilə gündəmdədir.

Avrasiya.net oxu.az-a istinadən xəbər verir ki, Siverek azərbaycanlı iş adamı Teyub G.-ni İstanbulda bir torpaq sahəsinin satışı bəhanəsi ilə aldadaraq, ondan 6 milyon dollar alıb.

İstanbul Baş Prokurorluğuna verilən şikayətə əsasən, Teyub G. Kozyatağında yerləşən torpaq sahəsini almaq üçün Fevzi Siverek və qardaşı Əhməd Turan Siverek ilə razılığa gəlib. İş adamı qeyd olunan torpaq üçün ümumilikdə 6 milyon dollar ödəniş edib.

Lakin aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin Siverek qardaşlara məxsus olmadığı müəyyən edilib. Bundan sonra iş adamı prokurorluğa şikayət edib.

Şikayət ərizəsinə görə, Siverek qardaşlar özlərini dövlət qulluqçuları ilə yaxın əlaqələri olan şəxslər kimi təqdim edərək Teyub G.-nin etimadını qazanıblar. Hətta bu etimadı möhkəmləndirmək məqsədilə konsulluq vasitəsilə rəsmi görüşdə iştirak etdikləri, bu prosesdə bəzi "WhatsApp" yazışmaları, səs yazıları və video görüntülərinin də sübut kimi təqdim edildiyi bildirilib.

Dələduzluq ittihamı ilə istintaq başladılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər