star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Molla rejimi üçün heç bir müqəddəs dəyər yoxdur

İranın Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirməsi hələ də gündəmin ən çox müzakirə edilməkdə olan mövzularından biri olaraq qalır. SEPAH-ın Quru Qoşunları komandanının müavini Vəliulla Mədəni İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu desə də və bu təlimlərin sərhəd təhlükəsizliyini gücləndirmək, İranın qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi güddüyünü bildirsə də, lakin əsl həqiqətdə isə bu təlimin ilk növbədə Azərbaycana qarşı yönəldiyi gün kimi aydındır.

Bu həqiqəti dünya mediası da, elə ermənilərin özləri də təsdiqləyir. Belə ki, ABŞ-ın uzunmüddətli münaqişə və müharibələri araşdıran hərbi jurnalı "Long War Journal"ın məlumatında İran-Ermənistan birgə hərbi təliminin Azərbaycana qarşı nəzərdə tutulduğu qeyd olunub. Ermənistanın hərbi eksperti Karen Hovhannisyan isə İran- Ermənistan arasındakı sözügedən hərbi təlimlərin Azərbaycana ünvanlanmış çox mühüm mesaj olduğunu vurğulayıb. Bu da bir daha onu göstərir ki, fars-molla rejimi Azərbaycan-Ermənistan gərginliyində İrəvanı dəstəkləməyə davam edir. Bu mənada, SEPAH rəsmisinin İran ordusunun ermənilərlə birgə keçirdiyi hərbi təlimlərin bölgədə sülhə və təhlükəsizliyə xidmət etdiyini iddia etməsi tamamilə absurddur.

Bu hərbi təlimlərin İran zabitinin xaçpərəst erməni əsgərlərinə xitabən, "Ya Fatimeyi-Zəhra", deyə mikrofonda şüar səsləndirməsi ilə başlanması isə özünə "İslam Cümhuriyyəti" deyən dövlət və onun yetkililəri üçün əsl rüsvayçılıqdır. Bununla da İranın bütün maskaları yırtıldı. İranın apardığı bu çirkin erməni yönlü siyasət təkcə Azərbaycana qarşı yox, əslində, bütün müsəlman dünyasına qarşı yönəlib. Görünən budur ki, molla rejimi üçün heç bir müqəddəs dəyər yoxdur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər