İran prezidenti yenə Azərbaycan dilində şeir dedi - VİDEO
Dərc olunub:
17-04-2025, 15:30
İran prezidenti Məsud Pezeşkian növbəti dəfə Azərbaycan türkcəsində şeir oxuması ilə gündəmə gəlib.
Avrasiya.net xəbər verir ki, bu barədə İran KİV-nə istinadla məlumat yayıb.
Pezeşkian şeiri "İran çempionu” mərasimində səsləndirib.
Mərasimdə ötən ilin ən yaxşı idmançıları mükafatlandırılıblar.
Məsud Pezeşkian tədbirdə Şəhriyarın "Heydərbaba"sından bir neçə misra oxuyub.
Mərasimin sonunda İranın "İdman qəhrəmanları"nın imzası olan 12 nömrəli köynək prezidentə hədiyyə edilib.
21:48
“İlham Əliyev strateji qərar verdi...” – “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”
Son xəbərlər