Gümrü Rusiya ilə birləşmək istəyir
Dərc olunub:
16-04-2025, 16:29
Ermənistanın Gümrü şəhərinin yeni seçilmiş meri Vardan Qukasyan Rusiya ilə Belarus modelinə bənzər “birlik dövləti” yaradılmasının tərəfdarı olduğunu bildirib.
Ermənistan mətbuatının yazdığına görə, Qukasyan həmçinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla gələcəkdə mümkün əməkdaşlığı istisna etməyib.
Bundan öncə Vardan Qukasyan Ermənistanın ikinci böyük şəhəri Gümrünün meri seçilib. Onun namizədliyini üç müxalifət partiyası dəstəkləyib.