Tatlısəsin qardaşı həbs edildi

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin qardaşı, müğənni Hüseyn Tatlı həbs olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun taksi sürücüsü ilə arasında baş verən dava olub.

Belə ki, ötən həftə sonu Antalyada bir məkanda səhnəyə çıxaraq konsert verən Hüseyn Tatlı daha sonra onun üçün çağırılan taksiyə minib. Qaldığı hotelə çatanda sürücü ondan gedişhaqqını tələb edib ki, bu da məkan tərəfindən qarşılanmalı olub.

Bundan sonra tərəflər arasında münaqişə baş verib. Belə ki, iddiaya görə, H. Tatlı onu döymək istəyən taksi sürücüsünü vurub. Həmin şəxs zərbənin təsirindən yerə yıxılıb. Tatlı isə hotelə doğru hərəkət edərkən sürücünün dostları ona təpik və yumruq zərbələri endiriblər. Tanımadığı üç nəfər tərəfindən döyülən müğənni yerə yıxılaraq ayağını sındırıb.

Xəstəxanaya aparılan müğənniyə dərhal müdaxilə olunub. Müalicəsi tamamlanan Hüseyn Tatlı taksi sürücüsünün şikayəti əsasında polis tərəfindən nəzarətə götürülüb.

Taksi sürücüsü başından aldığı zərbədən sonra gecə ərzində reanimasiyada müşahidə altında qalıb.

Hüseyn Tatlı sürücünün həyatının təhlükədə olması səbəbilə saxlanılaraq həbsxanaya göndərilib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər