Rusiyada azərbaycanlı icmasının rəhbəri həbs edildi

Rusiyada Azərbaycan icmasının rəhbəri həbs edilib.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb.

Məlumata görə, Hüseynov miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir. Rusiya Yaroslavl vilayəti üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi - “Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması” ilə bağlı cinayət işi açıb və araşdırma aparılır.

İdarənin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin qeydiyyatını təşkil edib. İddia olunur ki, azərbaycanlı diaspor lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz işlədib.

Qeyd edək ki, Yaroslavl Azərbaycan Milli-mədəni Muxtariyyəti İctimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər