Rusiya Fransaya nota verib
Dərc olunub:
9-04-2025, 15:49
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Fransada aeroportda saxlanılıb, onun telefonu və kompüteri götürülüb.
APA Rusiya mediasına istinadən xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Parisdən izahat tələb edib.
Eyni zamanda, Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, Fransaya etiraz notası verilib.