Azərbaycanlı diaspor nümayəndəsi Ukraynada həlak oldu
Dərc olunub:
6-04-2025, 16:52
Poltava vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M.Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində ölüb.
Babayev Poltavada dəfn olunacaq.