star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İrana hücum ediləcək, Bakı indidən hazırlaşmalıdır

İran və ABŞ-İsrail (və bura İordaniya kimi ABŞ və İsraildən asılı olan ölkələr qoşula bilər) arasında müharibə ehtimalı hazırda çox yüksəkdir. Bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov İran və ABŞ arasında mümkün müharibə ehtimalı və onun bölgəmizə mənfi təsirləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, birinci ən böyük çətinlik qaçqınlarla bağlıdır:

“Azərbaycan kütləvi qaçqın axınına hazırlaşmalıdır. Bu cür tədbirlər sərt variant - sərhədlərin möhkəm bağlanması və heç kimin buraxılmaması, ya da yumşaq variant - uşaqlarla qadınların və ya bütün qaçqınların buraxılması ola bilər. Aydındır ki, humanitar səbəblərə görə hər hansı bir qaçqından imtina etmək çətindir, lakin digər tərəfdən, bu qaçqınların yerləşdirilməsi, qidalanması və s. çətinliklər var”.

Politoloqun fikrincə, dost MDB ölkələrindən bir neçəsi bu məsələdə Azərbaycana yardım edə bilər:

“Hesab edirəm ki, Azərbaycanın Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi dostları İrandan qaçqın axını zamanı Azərbaycana kömək edə bilər. Və indi bu ölkələrlə qaçqın axını halında mümkün sürətli yardım üçün danışıqlar aparmaq daha məqsədəuyğundur. Bəlkə də indi qaçqın düşərgələri üçün qida ehtiyatları, çadırlar hazırlamaq, qaçqınların yerləşdirildiyi yerlərdə təhlükəsizliyi təmin edə biləcək xüsusi polis qrupları hazırlamaq daha yaxşı olardı”.

Markov qeyd edib ki, Azərbaycan üçün ikinci çətinlik İranın müharibədən sonrakı problemlərinin həlli məsələsidir:

“Azərbaycanın İran dağılacağı təqdirdə qarşılaşacağı digər problem də var. Bu ehtimal sıfır deyil. ABŞ və İsrail İranı payıza qədər bölmək istəklərini qətiyyən gizlətmirlər. İran etnik qruplara - farslar, ərəblər, kürdlər və azərbaycanlılara bölünə bilər. Azərbaycan İran dağıldığı və Cənubi Azərbaycan formalaşdığı təqdirdə nə edəcəyini müəyyənləşdirməlidir. Azərbaycanla birləşmə nəzəri cəhətdən mümkündür, lakin praktikada bu, son dərəcə islamlaşmış əhalinin hazırkı dünyəvi, tərəqqiyə doğru gedən Azərbaycanı udacağı deməkdir və ciddi təhlükədir. Cənubi Azərbaycanın, onun dövlət institutlarının formalaşmasına kömək etmək daha məqsədəuyğun olardı. Buna ciddi ehtiyac yaranacaq. Və Cənubi Azərbaycanın dövlətçiliyi Azərbaycan və Azərbaycanın Rusiya, Qazaxıstan və Belarus kimi dostlarının iştirakı ilə qurulsa, daha doğru olardı.

Elə bir vəziyyət yarana bilər ki, Güney Azərbaycanın dövlətçiliyi Azərbaycana mənfi münasibət bəsləyən bəzi şəxslər tərəfindən qurulsun. Bunun qarşısı alınmalıdır. Bu, çətin problemdir. Və ümumiyyətlə, indi bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı indidən bəzi məsləhətləşmələr aparılmalıdır. Amma bu, tamamilə qapalı formatda müzakirə edilməlidir, çünki İranın məğlubiyyəti və süqutu halında nələrin edilməsi lazım olduğunu açıq şəkildə müzakirə etməyi İran anlayışla qəbul etməz”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər