Xamənei 15 mindən çox məhbusu əfv etdi
Dərc olunub:
26-03-2025, 18:05
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının çəkilməyən hissəsinin azaldılmasına razılıq verib.
“Mehr” agentliyi xəbər verir ki, bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib.
Məlumata görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.
Modern.az