star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İstanbulda bələdiyyə seçkiləri keçirilir

İstanbulda bələdiyyə seçkiləri keçirilirBu gün İstanbulda Böyükşəhər və Beylikdüzü bələdiyyələrinin sədr müavinləri vəzifələrinə seçkilər keçirilir.

Avrasiya.net xəbər verir ki, Beylikdüzü rayonu üzrə səhər saatlarında başlanan səsvermə artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə İstanbulun Beylikdüzü Bələdiyyəsinin sədr müavini vəzifəsinə Önder Serkan Çebi təyin edilib.

Saat 1-dən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə başlayacaq seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verəcək.

Qeyd edək ki, bu bələdiyyələrin məclis üzvləri arasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri çoxluq təşkil edir.

Xatırladaq ki, martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıblar. İstanbul Valiliyinin qərarı ilə Şişli kaymakamı bu rayon üzrə bələdiyyə sədrinin vəkili olaraq təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər