Daha bir rusiyalı hərbi müxbir öldürüldü
Dərc olunub:
26-03-2025, 12:00
Rusiyanın Birinci kanalının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb.
Bu barədə rusiyalı bloger Vladimir Romanov özünün Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, jurnalist martın 26-da redaksiya tapşırığını yerinə yetirərkən ölüb.
Bloger Prokofyevanın Krasnoyarujsk rayonunun Demidovka kəndində fəaliyyət göstərdiyini deyib.
Onun hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, 24 martda Luqansk vilayətində “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak, “Zvezda”nın operatoru və sürücüsü Andrey Panov və Aleksandr Sirkeli həlak olmuşdu.