Rusiya Sumı vurdu - 88 nəfər yaralanıb

Bu gün Rusiya ordusunun Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi zərbələr nəticəsində azı 88 nəfər xəsarət alıb.

Bu bardə “Ukrainska Pravda” şəhər şurasının məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, Sumı vilayət prokurorluğu daha əvvəl 65 nəfərin, o cümlədən 14 uşağın yaralı olduğunu bildirmişdi.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaşayış binaları, mülki infrastruktur obyektləri və məktəbə ziyan dəyib.

Şagirdlər sığınacaqda olublar, onlar arasında itki olmayıb.

Sumının rəhbəri Artem Kobzar da sənaye obyektinə hücum edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı hələlik şərh verməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər