Türkiyədə silahlı hücum: Azərbaycan vətəndaşı yaralandı
Dərc olunub:
Dünən, 04:40
Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.
Belə ki, restoranda 3 nəfər - Erkan A, Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanıb.
Hücum edən şəxslər hadisə yerindən qaçıb.
Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.
Polis hadisəni törədən şəxllərin saxlanılması üçün əməliyyata başlayıb.