Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər. Zaman keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur. Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Urmiyada baş verən son genişmiqyaslı aksiya haqda qeyd edib.

O bildirib ki, İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var:

“Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək”.

Qeyd edək ki, kürdlərin torpaq iddialarına cavab olaraq Urmiyada yüzminlərlə azərbaycanlı irimiqyaslı aksiya keçirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər