Daha iki bələdiyyə başçısı həbs edildi

Daha iki bələdiyyə başçısı həbs edildiİstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Bəylikdüzü Bələdiyyəsinin başqanı Mehmet Murad Çalık korrupsiya, Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan isə terrora görə həbs edilib.

Türkiyə mediası xəbər verir ki, bu barədə Sülh Cəza Məhkəməsi qərar verib.

Qeyd edilib ki, terror istintaqı çərçivəsində Rəsul Əmrah Şahanla birgə İBB baş katibinin müavini Mahir Polad və İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan barəsində də həbs qərarı çıxarılıb.

Həbs edilənlərin vəkilləri qərarın ədalətsiz olduğunu və apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, bundan öncə İBB başqanı Ə.İmamoğlu iki ittihamdan biri - korrupsiya ittihamı ilə həbs edilib, terror ittihamı ilə bağlı isə həbsindən imtina edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər