İmamoğlu polisə ifadəsində nələr danışıb? - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində bələdiyyə sədri Ekrem İmamoğlu ifadə verib.

Türkiyə mətbuatında ifadə ilə bağlı bir sıra detallar yayılıb.

İstanbul Respublika Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində polisə 121 səhifəlik izahat verən İmamoğlu əksər suallara eyni cavabı verib: “Bu sualı cavablandırmıram. Bütün ittihamları qətiyyətlə rədd edirəm”.

Prokurorluq tərəfindən İmamoğlu və 99 şübhəli şəxs barəsində "cinayət təşkilatı rəhbəri olmaq", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderlərdə saxtakarlıq" kimi ittihamlarla araşdırma aparılır.

İfadə zamanı İmamoğlu aylıq gəlirinin 250 min lirə olduğunu və əmlak bəyannaməsi verdiyini bildirib. Ona yönəldilən ittihamlar arasında Bələdiyyə tenderlərində qanunsuzluqlar və yüksək məbləğdə dövlət ziyanına səbəb olan müqavilələr də yer alır.

Maliyyə Cinayətləri Araşdırma Şurasının hesabatına dair suallara cavab verməkdən imtina edən İmamoğlu gizli şahidlərin ifadələri ilə bağlı da heç bir açıqlama verməyib.

İfadə çərçivəsində bələdiyyəyə məxsus reklam panelləri, tenderlər və müxtəlif infrastruktur layihələri ilə bağlı milyardlarla lirəlik dövlət zərəri iddiaları səsləndirilib. Bundan əlavə, həyata keçirilən bəzi ihalələrdə qanunsuzluqlar olduğu iddia edilib.

Ekrem İmamoğlu Beylikdüzü Bələdiyyə Başçısı olduğu dövrdə keçirilən və qanunsuz ödəmələrlə bağlı olduğu deyilən tenderlər barədə də suallara cavab verməyib.

Bütün ittihamları rədd edən İmamoğlu, əlavə açıqlama verib-verməyəcəyi sualına “Xeyr” cavabını verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər