Türkiyə "'Marğara" ilə bağlı rəsmi izahat verməlidir

Türkiyə ilə Ermənistan arasındakı "'Marğara" sərhəd-kecid məntəqəsinin Paşinyan hökumətinin müraciətinə əsasən, Suriyaya humanitar yardım göndərilməsi məqsədilə 21-31 mart tarixlərində müvəqqəti olaraq açıldığı barədə xəbər bir neçə gündür ki, həmvətənlərimizin diqqət mərkəzindədir və belə xəbərlərin Ermənistan mediası tərəfindən rəsmi İrəvana istinadən tirajlanması, haqlı olaraq, həmvətənlərimizin narahatlığına səbəb olub.

Türkiyə tərəfi hələlik bu xəbəri nə təsdiq, nə də təkzib edib. Yalnız nə zamansa Azərbaycanın media sektoru ilə bağlı olan qeyri-rəsmi şəxslər "diplomatik mənbələrdən əldə etdikləri məlumatları" paylaşır və sərhəd-keçid məntəqəsinin humanitar məqsədlə, müvəqqəti olaraq, açıldığını bildirirlər.

Sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı yayılan xəbər isə bir sıra izahı tələb olunan sualların ortaya çıxmasına zəmin yaradır:

1. Ermənistan Suriyaya nə qədər humanitar yük göndərir ki, bunun üçün sərhəd-keçid məntəqəsinin 10 gün müddətinə açılmasına ehtiyac duyulub? Ermənistan Suriyaya uzaqbaşı 5-10 maşın humanitar yük göndərə bilər ki, bunun üçün isə bir neçə saat yetərlidir.

2. Nə üçün sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı xəbəri Ermənistan yayır və rəsmi Ankara, hətta Xarici işlər nazirliyinin sözçüsü səviyyəsində olsa da belə, bu məsələyə münasibət bildirməyə, təsdiq və ya təkzib etməyə lüzum görmür və faktın Azərbaycan üçün nə qədər həssas olduğunu nəzərə almır?

3. Xəbərin, "diplomatik mənbələrlə" istinadən rəsmi status daşımayan şəxslər tərəfindən "təsdiqlənməsi"nin, bütövlükdə isə Azərbaycanın ictimai rəyinə bu qədər qeyri-ciddi münasibətin səbəbi nədir?

Türkiyə qardaşımızdır və qardaş ölkədən gözləntimizin olması da təbii qəbul olunmalıdır. Düşünürəm ki, mövzu ətrafında spekulyasiyalara yol açmamaq üçün baş verənlərə aydınlıq gətirə biləcək rəsmi izahatın verilməsi zəruridir.

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər