İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
Barəsində açılan istintaq çərçivəsində saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sosial media hesabından yeni açıqlama verib.
İmamoğlu mesajında xalqın dəstəyi ilə bu çevrilişi məğlub edəcəyini bildirib.
İmamoğlunun açıqlamasını təqdim edirik:
“Mən çox üzülürəm, olan yenə millətimizə olur.
Onların bizim vasitəmizlə xalqın iradəsinə vurduqları bu zərbə illərlə dağıtdıqları iqtisadiyyatımızı və Türkiyənin gələcəyini daha böyük təhlükə qarşısında qoyur. Bu siyasi çevriliş üzündən üç gündür ki, ölkəmizin iqtisadiyyatı daha da pisləşib.
Xalqa əziyyət verməklə özlərinin bərbad vəziyyətə saldıqları iqtisadiyyatı düzəltməyə çalışanlar yenə də xalqımızın üzərinə çətin yüklər qoyurlar.
Allah şahidimizdir, çalışdıq ki, millətimizə vurduqları əziyyəti azaltsınlar. Çalışdıq ki, azacıq da olsa, millətimiz nəfəs alsın. Biz çox çalışdıq ki, xalqımız bu iqtisadi böhranda özünü tək və çarəsiz hiss etməsin.
Xalqımız bunu gördü və bizdən dəstəyini heç vaxt əsirgəmədi. Bu səmimi dəstəyə görə bizi həbsxanaya, xalqımızı isə yoxsulluğa məhkum etmək istəyirlər.
Millətimizə səslənirəm:
Sizin dəstəyinizlə biz əvvəlcə bu çevrilişi məğlub edəcəyik, sonra bizə bunu yaşadanları göndərəcəyik.
Onların bu fnerdakar və zəhmətkeş xalqın başına gətirdikləri iqtisadi böhrana, iztirablara son qoyacağıq!".