İmamoğlunun terrorçu ilə əlaqələri üzə çıxdı
Dərc olunub:
Bu gün, 02:39
Türkiyədə Baş Prokurorluq tərəfindən Əkrəm İmamoğlu barəsində başladılan istintaq davam edir.
Axar.az xəbər verir ki, davam edən istintaq zamanı İmamoğlu ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.
Belə ki, PKK terror təşkilatına yardımla bağlı istintaqın əsas şübhəlilərindən biri olan və xaricə qaçan Azad Barışla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu arasında 253 mənbədə müştərək məlumatlar aşkar edilib.
Türkiyə mediası bu informasiyaların və nə kimi bağlantıların olduğunu açıqlamayıb.