Sülh sazişinə mane olan qüvvələr
Azərbaycanla Ermənistan arasında Sülhün əldə edilməsi üçün daha bir əsas irəliləyiş şərti sərhəddən Avropa müşahidə missiyasının çıxarılması barədə razılığa gəlmək, üstəlik hər iki tərəfin yekun sülh üçün təklif və şərtlərinin bəyanından sonra müqavilənin nə vaxt imzalanacağı məsələsi gündəmə gəlir.
Hələ ötən ilin oktyabrında sülh sazişinin imzalana biləcəyi barədə məlumatlar mətbuatda yayımlanırdı.
Paşinyan da ötən il 2025-ci ilin yanvar ayında sülh sazişinin bağlanacağı barədə çıxış da etmişdi.
Lakin, artıq 2025-ci ilin mart ayıdır və müqavilə hələ də imzalana bilmir səbəb isə Ermənistanın sərhəddə təxribat törətməsi, Fransa, ABŞ və digər ölkələrdən sürətli şəkildə silah alması və çox vaxt bunun hərbi yardım adı altında pulsuz verilməsi ilə məkrli niyyətdə olduğunun sübut etməyə cəhdlər göstərməsi, Ermənistanda daxildə olan qüvvələrin Azərbaycandan qisas çağırışları etməsi və planlar qurması, Konstitusiyada dəyişiklik edilməklə İrəvanın digər ölkələrə ərazi iddialarından əl çəkməsi məsələsini yubandırmaq və digər səbəblər üzündən hələ də iki ölkə arasında Sülh əldə edilmir.
Bəs regionda sülhün əsl gecikmə səbəbi nədir?
Ermənistanda sülh sazişinin imzalanmasını zəiflik kimi qəbul edən qüvvələr əslində ABŞ, Qərb, Rusiya kimi ölkələrin təsiri altında olan, onların maraqlarına xidmət edən qruplardır.
ABŞ bilir ki, Azərbaycan və Ermənistan arasında Sülh müqaviləsi imzalanarsa Ermənistan bir dövlət kimi türk ölkələrinin ortasında bir kiçik ərazi vahidi kimi mövcudluğunu sürəcək və hər hansı ABŞ, NATO hərbi yardım adlı taktiki planına ehtiyac qalmayacaq. Onun ərazisində hər hansı baza yaratmağa imkan olmayacaq, lap dərinə getsək Rusiyanın Şərqdə mövqesini Ukrayna vasitəsi ilə zəiflətdiyi kimi Ermənistan vasitəsi ilə də Cənubi Qafqazda siyasi mövqeyini zəiflətmək, ona qarşı olan hərbi mərkəz yaratmaq istəyirlər.
Əbəs deyil ki, istər Bayden, istər Tramp və ətrafı Ermənistanı Rusiyaya qarşı gərgin münasibətdə daim dəstəkləmiş, birgə strateji əməkdaşlıq və təlimlərin keçirilməsində maraqlı olmuşlar.
Ötən il Ararat Mirzoyan və Entoni Blinken arasında keçirilən görüşdə əldə edilən birgə hərbi strateji tərəfdaşlıq müqaviləsi ilə ABŞ İrəvana hərbi və siyasi yardım edəcəyi öhdəliyini üzərinə götürdü bu görüşdən hələ aylar əvvəl KTMT-də fəaliyyəti dondurmaq, NATO-ya namizədliyi irəli sürmək rəsmi İrəvanın NATO üzvü olması üçün lazım olan şərtləri ödəməyə başladığını göstərir. Son və əsas şərt isə münaqişəsiz və ərazi mübahisəsiz dövlət - NATO-nun 5 ci maddəsinə müvafiqliyin yerinə yetirilməsi üçün Azərbaycanla sülhün əldə edilməsi, ərazi münaqişələrinin bitirilməsi Ermənistan üçün hədəf məqsədə çevrilib.
Gələcəkdə NATO-ya qoşulub bir müddət sonra artıq arxasında NATO-nun dayandığı ölkə olaraq Azərbaycana qarşı ərazi iddiasına qalxıb siyasi kompaniyaya başlamaq, Qarabağı Azərbaycandan yenidən qoparmaq.
Hazırda Cənubi Qafqazın üç ölkəsi də Rusiya və ABŞ, NATO arasında siyasi toqquşmalar mərkəzi olaraq qalır. Gürcüstanda QHT-lərlə bağlı qanun Rusiyanın bu ölkə üzərində nüfuzunu gücləndirib. Qərbi sıxışdırmaq ABŞ və Qərb isə etiraz aksiyaları vasitəsilə höküməti devirib Rusiyanın təsirini aradan qaldırmaq üçün bəhanə rolunu oynadı.
Ermənistan da hazırda Rusiyaya qarşı ikinci Ukrayna rolu oynaya bilər.
ABŞ və Qərb digər tərəfdən Ermənistanın sülh əldə etməməsi üçün çalışır və istəyir ki, Cənubi Qafqazın Qərbində müharibə yaransın və bəhanə kimi bundan istifadə edib strateji tərəfdaşlıq müqaviləsi əsasında həm Ermənistana qoşun və hərbi bazalarını yerləşdirsin, digər tərəfdən türk ölkələrinin ortasında bufer zona kimi mövcud olsun və İran və Yaxın Şərqə belə bu zonadan nəzarəti təmin edə bilsin.
İsa İsmayılov
siyasi şərhçi