"Türkiyə küçə terroruna təslim olmayacaq”

“İstanbulda korrupsiya əməliyyatını bəhanə edərək küçələrimizdə xaos yaratmaq cəhdlərinin şahidi oluruq. Sırf öz sərvətləri, mənfəətləri, qazanc və talan planlarının pozulmaması üçün millətin əmin-amanlığını pozmağa çalışan bir ovuc səriştəsiz iddialı adama göz yummayacağıq”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, oğurluq, soyğunçuluq, qanunsuzluq və saxtakarlığı müdafiə etmək üçün məhkəmə zalını deyil, küçələri göstərmək böyük bir məsuliyyətsizlikdir:

“Aydın məsələdir ki, CHP təkcə bələdiyyələrə basqın edən quldurlardan deyil, marjinal strukturlardan, terror təşkilatlarından da uzaq durmalıdır. Türkiyə küçədə olan bir ölkə deyil, küçə terroruna təslim olmayacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər