“Ariel” aldadır, bir yumada ləkə təmizlənmir - Cərimələndi
Dərc olunub:
15-03-2025, 18:04
Məşhur yuyucu vasitə markası olan “Ariel” Türkiyədə cərimələnib.
Buna səbəb brendin saxta reklamıdır.
Belə ki, brendin reklamında 1 yumada ləkəli paltarların təmizlənəcəyi vəd edilir.
Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında 1 yumada təmizlənəcəyini iddia etdiyi ləkə nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib.
Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən “Procter & Gamble” şirkəti aldadıcı reklam səbəbi ilə 2,2 milyon lirə cərimə edilib.
Axar.az