"Rusiyanı prosesə buraxmaq olmaz"
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Yerevanın Konustitusiya dəyişikliyi mütləqdir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılması və Konustitusiya dəyişikliyi sülh müqaviləsinin mətnində yoxdur. 17 bəndlik Sülh müqaviləsinin mətni çap edilməlidir.
Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Amma, üç şərti sülh müqaviləsindən sonraya saxlayıb. Birinci, konustitusiya dəyişikliyi. İkinci, Minsk qrupunun buraxılması barədə birgə bəyanat. Üçüncü, Zəngəzur dəhlizinin açılması.
Ermənistan parlamentində kommusiya formalaşdırıb, Azərbaycana qarşı ərazi iddialarını qanunvericilik bazasından çıxara bilər:
"Sülh müqaviləsinin bağlanmasına gəldikdə bu heç bir ölkədə deyil, sərhəddə bağlanması daha məqbuldur. Rusiya Moskvada sülh müqaviləsinin bağlanmasına dəvət edib. Rusiyanı prosesə buraxmaq olmaz. Azərbaycan və Ermənistan Moskvada sülh müqaviləsi bağlamayacaq.
N.Paşinyan Türkiyəyə yaxınlaşmağa çalışır. Türkiyə məhz Ermənistanın müstəqilliyinin qarantı ola bilər. Rusiya və Qərb Ermənistandan regionda yalnız öz satalleti kimi istifadə edir.
Ermənistan qanunvericilik bazasında dəyişikliyə gedərsə, bu il yekun sülh müqaviləsi mümkündür".