star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlir

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlirAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresində iştirak etmək üçün Özbəkistana rəsmi səfərə yola düşüblər.

AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, kollektiv şəkildə Türk Dövlərləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) üzvü olan Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə AQC-ni sədr Vüqar Oruc, sədr müavinləri İbrahim Quliyev və Nail Həşimov, icra aparatının rəhbəri Rüfət Əliyev təmsil edirlər.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti qiymətləndiricilər birlikləri rəhbərlərinin və təmsilçilərinin iştirak edəcəyi konqresdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ötən dövr ərzində CAATS-ın gördüyü işlər və qurumun gələcək fəaliyyət istiqamətləri, türk dövlətləri qiymətləndiricləri arasında yeni əməkdaşlıq formatları mövzusunda giriş nitqi söyləyəcək. AQC sədrinin müavini, iqtisadçı alim İbrahim Quliyev isə Azərbaycanda qiymətləndirmə sektorunun mövcud vəziyyəti, "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsinin qəbulu ətrafında məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılması barədə qarşılıqlı razılaşma müqaviləsi 2023-cü ilin aprel ayında Bakıda keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü”ndə imzalanıb və iyun ayının 1-də Qazaxıstanın Türküstan şəhərində təsis olunub. 2023-cü ilin noyabr ayında Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin II, ötən ilin 30 may – 1 iyun tarixlərində Bakı şəhərində isə III Beynəlxalq Forumları keçirilib. Həmin tarixdən etibarən CAATS-a AQC sədri Vüqar Oruc rəhbərlik edir.

7 türk dövlətindən aparıcı qiymətləndirmə birlikləri, 700-dən artıq qiymətləndirmə şirkəti, minlərlə qiymətləndirici bu qurumda təmsil olunur. Rusiya, Belarus, Gürcüstan və digər ölkələrin qiymətləndirmə birlikləri qonaq qismində Şuranın fəaliyyətində yaxından iştirak edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər