Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

Avrasiya.net AzərTac-a istinadən xəbər verir ki, A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər