Azərbaycanlı idmançı və dostu Kiyevdə itkin düşdü - Foto

Azərbaycanlı idmançı və dostu Kiyevdə itkin düşdü - FotoAzərbaycan vətəndaşları - Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Teleqraf-a R.Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu ilin fevralın 26-da Ukrayna ərazisinə daxil olub.

“Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidir, hər birinin iki övladı var. 20 ilə yaxındır daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur”, - R.Əsgərov söyləyib.

O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.

Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2023-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb.

Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan oturum almışdı, məşqçi idi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər