Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçiTürkiyənin NTV telekanalı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyanın iştirakı ilə reportaj yayımlayıb.

Modern.az xəbər verir ki, reportajda Rubinyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa tam hazırdır və İrəvanın bu məsələyə yanaşması prosesin əvvəlindən dəyişməyib.

“Biz Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və Ermənistanın quru sərhədinin açılmasını ehtiva edən münasibətlərin tam həllini gözləyirik”, - o deyib.

Ermənistanın xüsusi nümayəndəsi nizamlanma prosesindən danışarkən bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədi açmağa, dünən də, bu gün də, sabah da münasibətlərin tam nizamlanmasına hazırdır və əgər Türkiyənin siyasi iradəsi olsa, o zaman hər şey çox sürətlə həyata keçiriləcək.

Rubinyan daha sonra qeyd edib ki, Ermənistan sərhədlərin açılması məsələsində Türkiyənin addımlarını gözləyir. Bu kontekstdə o, Ermənistan tərəfdəki Marqara keçid məntəqəsinin təmir olunaraq hazır vəziyyətə gətirildiyini və türk tərəfdaşlarından da bunu gözlədiyini vurğulayıb. Sərhəddə yerləşən körpünün təmiri və ya yenidən qurulması ilə bağlı da razılıq əldə olunub.

"Bu günə qədər ən mühüm razılaşma 2022-ci ildə əldə edilmiş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasıdır", - Rubinyan fikrini yekunlaşdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər