Tramp Zelenskinin istefa verməsini gözləyir
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə Ukraynada seçkilərin keçirilməsi və Vladimir Zelenskinin dövlət başçısı postundan mümkün istefası üçün səy göstərmək niyyətində olduğunu bildirib.
Bu barədə "NBC News" məlumat yayıb.
Tramp hesab edir ki, Kiyevə hərbi yardımı bərpa etmək üçün nadir torpaq metallarının hasilatı üzrə sazişin imzalanması kifayət deyil . NBC mənbələrinin məlumatına görə, ABŞ prezidenti Zelenskidən təkcə Rusiya ilə sülh danışıqlarına deyil, həm də prezident seçkilərinin keçirilməsini və hətta dövlət başçısı postundan istefa verməsini gözləyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz Ukraynanın müsbət dəyişikliklərə nail olduğunu qeyd edib.
Martın 9-da Tramp Fox News telekanalına müsahibəsində Ukraynanın hətta Amerikanın davamlı hərbi və maliyyə dəstəyi ilə belə “sağ qalmaq” ehtimalının aşağı olduğunu deyib.
Son xəbərlər
