PKK qurultay keçirəcək - Özünü buraxacaq

PKK qurultay keçirəcək - Özünü buraxacaqPKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir.

“Sabah” xəbər verir ki, qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.

İclasda təşkilatın xeyli sayda üzvü iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək.

Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir.

Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir.

Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər