Xamenei Trampın təklifinə yox dedi
Dərc olunub:
8-03-2025, 20:38
Tramp öz tələblərini irəli sürməyə çalışır.
Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib.
O qeyd edib ki, İran bunu qəbul etməyəcək.
“İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”, - Xamenei qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.