Haniyənin qətli: İran BMT-yə müraciət etdi
Dərc olunub:
25-12-2024, 12:04
İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İran BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Axar.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.
“İsrailin bu dəhşətli cinayətə görə məsuliyyətini açıq şəkildə etiraf etməsi müdafiə cavabının qanuniliyini və bölgənin təhlükəsizliyinə təhdid olması barədə Tehranın mövqeyini təsdiqləyir. Bu, İsrailin dəhşətli cinayətə görə məsuliyyəti açıq şəkildə qəbul etdiyi ilk açıq etirafdır”, - məktubda qeyd edilib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində ölkəsinin əli olduğunu ilk dəfə etiraf edib.