Prezident "Gürcü Arzusu"na bir həftə vaxt verdi
Gürcüstan prezidenti Salome Zurabişvili "Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilini Prezident Sarayına dəvət edib.
Avrasiya.net xəbər verir ki, bu barədə o, Tbilisinin Rustaveli prospektində keçirilən mitinq zamanı deyib.
Onun sözlərinə görə, o, İvanişvili ilə birgə oturub yeni seçkilərin necə təyin olunacağını müzakirə etməyə hazırdır. Prezidentin dediyinə görə, yeni seçkilərin tarixi 29 dekabra qədər razılaşdırılmalıdır və o, [Gürcü Arzusundan] cavab gözləyir.
“İvanişvili saraya gəlsin, çünki hər şeyi o idarə edir və mən hazıram, oturub müzakirə edək, seçkilərin necə təyin olunacağını fikirləşək. Ancaq seçkilərin təyin olunma tarixi 29-dan əvvəl razılaşdırılmalıdır. 29-a qədər hamımızın bu ölkəni irəli aparmaq, bütün dünyaya demokratiya, barışıq və irəliləyiş nümunəsi göstərmək üçün böyük şansımız var. Cavab gözləyirəm. Hər şeyin aydın olması üçün sabah axşam Prezident Sarayından tam çıxışımı deyəcəm. Çünki burada təkcə səhnə deyil, görünür, səsimi də saxlayıblar. Amma heç nə olmaz. Görüşərik və sizi gözləyirik” , - deyə Salome Zurabişvili qeyd edib.