"Azərbaycana uğurlar arzulayırıq" - Mirzoyan
"Ermənistan hökuməti arzu olunan sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq məqsədlərinə nail olmaq üçün səylərini davam etdirmək əzmindədir. Mövcud ziddiyyətləri aradan qaldırmaq və ölkələrimiz arasında yaxşı əməkdaşlığa, inkişafa və firavanlığa nail olmaq üçün davamlı və səmimi dialoq, ticarət-iqtisadi əlaqələrin bərpası, o cümlədən regional təşəbbüs və layihələrdə inklüzivliyin təmin edilməsi əsas ilkin şərtlərdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Xarici İşlər Nazirlərinin 49-cu iclasında çıxışı zaamnı deyib.
"Çox güman ki, yaxın qonşumuzdakı son müzakirələrdən xəbəriniz var. Artıq Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər. Eyni zamanda, biz Azərbaycana dəmir yolu infrastrukturunun yenidən işə salınması, sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsi, bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi yollarını təklif etmişik.
Açıq sərhədlər, qeyri-məhdud, azad və inklüziv regional iqtisadi əməkdaşlıq bu təşkilatın əsas hədəfləridir. Növbəti sədr kimi Azərbaycana uğurlar arzulayırıq", - deyə XİN başçısı açıqlayıb.