NATO Rusiya ilə müharibəyə hazırlaşır
Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə hazırlaşır, Moskva hərbi planlaşdırmada bu riskləri nəzərə alır və Qərbə bununla eksperiment aparmağı məsləhət görmür.
Bunu kp.ru saytına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Vəziyyətin bu cür eksperimentlərə yol verməməsi hər kəsin marağındadır. Rusiya ardıcıl olaraq birbaşa münaqişənin qarşısını almaq, o cümlədən hərbi imkanlarımızı nümayiş etdirmək siyasətini davam etdirir. Bizimlə “gücü ölçməyin” mümkün nəticələri ilə bağlı göndərdiyimiz siqnalların qarşı tərəfdən oxunduğuna inanmaq üçün hər cür əsas var”, - deyə o bildirib.
"Ümumiləşdirsək, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və müttəfiqləri tərəfindən rədd edildi. NATO-nun aqressiv davranışı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə birbaşa risklər hərbi inkişaf və müdafiə planlaması prosesində nəzərə alınır”, - diplomat əlavə edib ki, istənilən ssenaridə Rusiyanın təhlükəsizliyi təmin olunacaq.