Rus generalın ölümünə görə iki nəfər tutuldu

Rus generalın ölümünə görə iki nəfər tutulduRusiya ordusunun radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun öldürülməsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Bilirilir ki, şübhəlilər cinayət yerindən izlənilib, burada müşahidə kameraları bir neçə şübhəli avtomobili qeydə alıb.

Nəşr yazır ki, təşkilatçılar messencerlər vasitəsilə həmin şəxslərlə əlaqə saxlayıb.

General-leytenant İqor Kirillov və köməkçisi dekabrın 17-də Moskvanın Ryazanski prospektində evin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. Terror aktı, adam öldürmə, qanunsuz silah və sursat alveri ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, partlayıcı elektrik skuterinin dəstəyinə bərkidilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər