"Ali Tudənin Anım Günü” adı altında panel təşkil olunub.
Anadolu Universiteti Nəsirəddin Tusi adına salonda, xüsusi olaraq çağdaş Azərbaycan ədəbiyyatının incisi olan Əli Tudənin doğum gününün 100-cü ildönümünə həsr olunmuş “Ali Tudənin Anım Günü” adı altında panel təşkil olunub.
Açılış nitqi üçün Anadolu Universitetinin professoru, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Burhan Sayılır və Eskişehir Azərbaycanlılar Dərnəyi Başqanı Uzman Əczaçı Cavid Aydının açılış çıxışı sonrası Günün məna və əhəmiyyətinə uyğun olaraq TÜRKSOY-un Türkdilli İcmalarla Əlaqələr Şöbəsinin müdiri Dr. Cavid Mövsümlü duyğu və düşüncələrini bölüşüb.
Mehbarə Şahin'in moderatorluğu ilə Azərbaycan Milli Televiziyası AZTV rejissoru və Əli Tüdənin oğlu Natiq Cavadzadə həmçinin Güney Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz dəyərli yazıçı və şair Tudənin yaradıcılığından bəhs edən çıxışlar ediblər. Həmçinin panel iştirakçılarının suallarını cavablandırıblar.
Panelin sonunda Prof. Dr. Burhan Sayılır panel çıxışçılarına təşəkkür bəlgəsi təqdim edib. Dr. Cavid Mövsümlü TÜRKSOY adından Eskişehir Azerbaycanlılar Derneği Başkanı Cavid Aydın'a hədiyyə təqdim edib.