Türkiyə ordusu bizi iflic edib - PKK liderindən etiraf
Dərc olunub:
14-12-2024, 12:47
Türkiyə ordusu PKK/YPG-nin mövqelərinə gün ərzində ən azı 80 PUA hücumu edir.
Axar.az xəbər verir ki, bunu YPG/PKK terrorçu şəbəkəsinin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin ABŞ mediasına açıqlamasında deyib.
“Davamlı olaraq "hücum" altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib”, - terrorçuların lideri bildirib.