Rot Aİ rəhbərlərini Gürcüstana səfər etməyə çağırıb
Dərc olunub:
10-12-2024, 11:48
Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Avropa İttifaqı rəhbərlərini Gürcüstana səfər etməyə çağırıb.
Bu barədə Rot özünün X səhifəsində yazıb.
O, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kalas, genişlənmə üzrə Avropa Komissarı Marta Kos və Avropa Şurasının sədri Antonio Kosta'ya səslənib.
Rot, onlara Tbilisiyə səfər etmələri və Gürcüstanın Avropa dəyərlərini müdafiə edən və etiraz aksiyaları keçirən xalqının yanında olmaları təklifini irəli sürüb.