Türkiyədə hərbi helikopter qəzaya uğradı, 5 nəfər həlak oldu
Dərc olunub:
9-12-2024, 13:23
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Avrasiya.net "CNN Türk"ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.
Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Qəza nəticəsində 4 nəfər həlak olub.
Digər ekipaj üzvlərinin axtarışı davam edir.
***
Türkiyədə helikopter qəzasında həlak olanların sayı 5-ə çatıb.
Bu barədə İsparta valisi Abdullah Erin məlumat yayıb.