Seçkilərdə Rusiya Ermənistan hakumiyətini qazanacaq...
Qlobal dünya bölgüsündə Qərb Gürcüstanı Rusiya uduzdu hərçənd ki, Qərb Gürcüstanda hələ müqavimət göstərməyə davam edir. Ancaq Suriyada bir-birininin maraqları tamamlayan Türkiyə və Qərb Bəşər Əsəd rejimini devirməklə Rusiyanı və İranı cəzalandırır. Suriyadakı nəticəni həm də Gürcüstandakı uğursuzluğun kompensasiyası hesab etmək olar. Bəşər Əsədin hakimiyətdən getdiyi haqda xəbərlər yayılsa da, məlumatı təsdiqləmək hələ mümkün deyil.
Heç şübhəsiz ki, Rusiya və İran Bəşər Əsədin hakimiyyətini qorumaq üçün mümkün bütün addımları atacaq. Deməli, vətəndaş müharibəsi ilə müşahidə edilən, dünyanın böyük güclərinin Suriya qarşıdurması hələ davam etməlidir.
Rusiya - Qərb qarşıdurmasının Ermənistan mübarizəsi də Qərb üçün yaxşı heç nə vəd etmir. Ermənistanda yaxınlaşan seçkilərdə baş nazir Paşinyanın hakimiyyətini qoruyacaq ehtimalı çox zəifdir. Bəzi məlumatlara görə Nikol Paşinyan özünün yenidən seçilmə ehtimalının az olduğunu nəzərə alaraq, seçicilərə namizədi, həyat yoldaşı Anna Akopyanın qələbəsi üçün işlərə başlayıb. Ancaq Anna Akopyan güclü rus meyilli siyasi qüvvə və elektorat üçün qəbuledilməzdir. Həm də erməni cəmiyyəti Anna Akopyana birmənalı münasibət göstərmir. Həmçinin Anna Akopyanl ciddi siyasi fiqur deyil.
Nikol Paşinyanın komandasından digər siyasi bir fiqurun seçkilərdə qələbə şansı, porodoksal görünsə də Nikol Paşinyanın özündən çox azdır. Ümumən götürəndə də Nikol Paşinyanın özünün yenidən seçilmə ehtimalını da sıradan çıxarmaq olmaz.
Çox güman ki, Ermənistanda rus meyilli qüvvələrin yeni namizədi olacaq və Rusiya Ermənistandakı seçkilərə sonuncu və həlledici döyüş kimi girişəcək. Rusiya Ermənistanda da hakimiyyəti də qazanmaq üçün real imkanlara malikdir. Ermənistan özü isə onsuz da Rusiya məxsusdur. Rusiya sadəcə tamamlama həyata keçirə bilər.
Vüqar Dadaşov