Bir gecədə Ukraynaya məxsus 16 PUA məhv edilib
Dərc olunub:
5-12-2024, 08:39
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk, Belqorod və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 16 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib.
"Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 16 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Bryansk vilayətinin ərazisi üzərində 14 PUA, 1 Belqorod və 1 Kursk vilayətlərinin əraziləri üzərində vurulub”, - Rusiya Hərbi İdarəsi bildirib.