Burada Sizin reklam ola bilər!

Tbilisidə keçirilən etiraz aksiyası hələlik başa çatıb

Tbilisidə keçirilən etiraz aksiyası hələlik başa çatıbGürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb.

Bu haqda Gürcüstan mətbuatı məlumat yayıb.

Bundan başqa xüsusi təyinatlı dəstənin əməkdaşları da parlament binasının ətrafındakı ərazini boşaldıb. Eyni zamanda polis qüvvələri və texnika da Azadlıq meydanından çıxarılıb.

Xatırladırıq ki, artıq yeddinci gündür ki, Rustaveli prospektində etiraz aksiyaları keçirilir. Vətəndaşlar Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsinin gündəmə gətirilməyəcəyi ilə bağlı qərarına etiraz edirlər.

Aksiyanın bitməsindən sonra xüsusi təyinatlı dəstə üzvləri Çiçinadze və Çitadze küçələrini də tərk edib.

Hazırda ərazidə yalnız post quraraq patrul xidməti aaparan polislər var.

***

20:54

Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.

Toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.

Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər