Burada Sizin reklam ola bilər!

Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır

Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanırQırğızıstanın Bişkek şəhərində Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır.

Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Elşad Barat, redaktoru isə pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Elmira İsmayılovadır.

On hissədən ibarət kitab Ulu Öndər Heydər Əliyevin hər iki dövrdə (sovet və müstəqillik illəri) mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının bir sıra tarixi anlarını, özünəməxsus məqamlarını əks etdirir.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, “Heydər Əliyev və ədəbiyyat” kitabının işıq üzü görməsi Ulu Öndər tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrindəki uğurları tərənnüm edən mühüm hadisədir.

Kitabda Yazıçılar Birliyinin mətbu orqanları olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi Ümummilli Liderin çətin keçid dövrü pro-seslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının nümunələri kimi qeyd edilib.

Bundan başqa, nəşrdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci il-lərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqlarının, gənclər mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması, müasir ixtisaslara yiyələnməsi haqqında geniş mülahizələr yer alıb.

Qeyd edək ki, kitaba rəyləri akademiklər Nizami Cəfərov və Yaqub Mahmudov veriblər.

Xatırladaq ki bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr olunan 164-cü kitabdır. Fond ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yaymağı və gələcəkdə müxtəlif dillərə tərcümə etdirməyi nəzərdə tutur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər