Burada Sizin reklam ola bilər!

"Gürcü xalqı heç bir xarici qüvvənin əlində alət olmamalıdır"

"Gürcü xalqı heç bir xarici qüvvənin əlində alət olmamalıdır"Qərbin Gürcüstanda iğtişaşlar törətməklə dövlət çevrilişi etmək şəhid alınmayacaq.

Bunu Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov son günlər Gürcüstanda baş verən hadisələrə münasibətində deyib.

Onun fikrincə, Qərb məkrli planı Gürcüstanda həyata keçirmək üçün QHT-ləri maliyyələşdirmə mexanizmindən istifadə edir, dövlət içərisində öz dayaqlarını qurmaq və öz gündəliyini qəbul etdirmək, hətta LGBT və ifrat liberal sağçı düşərgələrin yaratmaq niyyətindədir:

"Qərbin əsas məqsədi ideoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılmasını təmin etməkdir.

Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarına çalışılır. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Etirazçıların onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı Qərb tərəfində məharətlə yerinə yetirilir".

O, qeyd edib ki, Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi Gürcüstan üçün də eyni ssenariləri cızır: "Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər