Gürcüstanda daha bir səfir istefa verdi
Dərc olunub:
30-11-2024, 18:45
Gürcüstanın daha bir səfiri istefa verib.
Avrasiya.net xəbər verir ki, ölkənin Niderlanddakı səfiri David Solomonia hakimiyyətin Avropa İttifaqına inteqrasiyasının dayandırılması fonunda vəzifədən getdiyini açıqlayıb.
“Gürcüstanın diplomatik xidmətində 30 illik fəaliyyətimin böyük bir hissəsi Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar məsuliyyətləriniz həyat seçimlərinizlə üst-üstə düşərsə, bu böyük xoşbəxtlikdir. Proseslərə az da olsa təsir edə biləcəyimə inandığım müddətcə xidməti vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid sona çatdı”, - deyə səfir açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri də eyni səbəbdən istefa verib.