Tiflisdə böyük nümayiş: polisdən sərt müdaxilə...
Tiflisdə minlərlə insan yenidən parlament binası qarşısında hökumətin son qərarına etiraz əlaməti olaraq toplaşıb.
Bu barədə TASS məlumat yayıb.
Gürcüstan və AB bayraqları qaldıran nümayişçilər artıq parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onlar hökumətin istefasını tələb edirlər.
Polis qüvvələri qanunverici orqanın önündə növbə çəkir.
Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.
***
Polis qüvvələri etirazçılara qarşı su şırnaqlarından istifadə edib.
Hüquq-mühafizə orqanları bundan öncə xəbərdarlıq edərək, nümayişçiləri qanun çərçivəsindən kənara çıxmamağa çağırmışdı. Lakin etirazçılar polisə müxtəlif əşyalar atmağa başlayıblar.
***
Etiraz aksiyasında iştirak edənlər arasında polis tərəfindən saxlanılanlar var.
Onlara qarşı su şırnaqı və bibər qazı istifadə edilib. Yaralıların olduğu deyilir.
Nümayişçilər ərazidə oturaq aksiyaya israr edirlər.
***
Xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
Bu barədə TASS məlumat yayıb.