"Rusiya Ukraynada nüvə silahının görünməsinə icazə verməyəcək"
Dərc olunub:
29-11-2024, 08:34
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynada nüvə silahının görünməsinə icazə verməyəcək.
"Biz orada baş verən hər bir addımı izləyəcəyik”, - deyə o, bu cür silahların Kiyevə verilməsi ilə bağlı Qərbdə aparılan müzakirələri şərh edərkən vurğulayıb.
Putin qeyd edib ki, Ukrayna əvvəllər SSRİ-nin çox yüksək texnologiyalı respublikası olub, lakin indi demək olar ki, hər şey itirilib, ona görə də bu gün sıfırdan nüvə silahı hazırlamaq demək olar ki, mümkün deyil. Prezident təklif edib ki, nüvə stansiyalarının tullantılarından hansısa “çirkli” bomba yığmaq olar. “Ancaq bu halda belə, cavab Rusiya Federasiyasına qarşı təhdidlərə tamamilə adekvat olacaq”, o xəbərdarlıq edib.